Main » Articles » Мои статьи |
maraqli nagillar
FILIN NAGILI Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur: - Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım. Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər nazik və davamsız olduğunu görüb bunu qəbilə adamından soruşur. Qəbilə adamı yaxınlaşıb fili sığallayır sonra isə deyir: - Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda, o illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmaga gücü çatmırdı. Indi güclüdür, bircə dəfə dartsa dirəyi yerindən qopara bilər. Amma o, taleyilə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm. BALIGIN NAGILI Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə urub dənizə atdığını gordu. Yaxınlaşanda gordu ki, butun dəniz sahili balaca balıqlarla doludur. Yəqin səhərki guclu kulək onları sahilə cıxarmışdı. Uşaq da bir-bir balıqları urub dənizə atırdı. Amma butun sahil bu kicik balıqlarla dolu idi. Kilometrlərlə sahəni kicik balıqlar doldurmuşdu. Milyonlarla balıq. Bunu gorən kişi uşağa dedi: - Niyə bu balıqları suya atırsan? Uşaq cavab verdi - Səhər guclu dalğalar onları quruya atdı indi dəniz sakitdi, əgər axşam əsəcək kuləyə qədər onları suya atmasam balıqlar oləcək. Kişi qışqırdı: - Axı bu axmaqlıqdır. Bir ətrafına bax? Burda milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək. Uşaq əyilib yerdən novbəti balığı urdu və dedi: - Yox, mənim əziyyətim əlimdəki balıq uçun hər şeyi dəyişəcək. Sonra balaca balığı dənizə atdı. BİZ HƏR GUN DUNYANI XİLAS EDƏ BİLƏRİK. ÇUNKİ HƏR GUN BİR İNSANI XİLAS EDƏ BİLƏRİK. HƏR İNSAN DA BİR DUNYADIR. CUCENIN NAGILI Biri var idi, biri yox idi. Balaca yumurtanın icində balaca bir cucə yaşayırdı. Yumurtanın icində cucənin hər şeyi var idi. Yeməyi, onu qoruyan bəyaz divarlar, istilik, rahatlıq. Cucə yumurtanın icində xoşbəxt idi. O bu dunyanı sevirdi. Sevinirdi ki, qaranlıq bir dunyadan belə gozəl ağ divarlı bir dunyaya gəlib. Cucənin oz evindən, oz aləmindən çox xoşu gəlirdi. Amma gunlər kecdikcə cucə boyuyurdu, evi isə darısqallaşırdı. Bir gun cucə o qədər boyuyur ki, artıq yumurtanın icində yaşaya bilmir. Cucə qəribə bir tərəddud kecirir. İcindən bir səs deyir ki, qır bu divarları! Cucə fikirləşir ki, axı bu divarlar mənim dunyamdır, mənim evimdir, mən onu necə qırım? İcindəki səs yenə deyir: �QIR BU DİVARLARI!� Yenə cucə qorxur, axı bu divarları qırsa ona soyuq olar, həmişə onu qoruyan əzizləyən, rahat evini necə qırsın ? İcindəki səs yenə deyir: �HEÇ NƏYİ DUŞUNMƏ, QIR DİVARLARI�. Cucə oyrəşdiyi qaydalarla yenilik arasında qalır. Sonda gucunu toplayıb ozu oz evini qırmağa başlayır, ozu oz dunyasını dimdiyilə parcalayır. Onu qoruyan, əzizləyən, doğma divarları sındırır. Yumurtadan cıxmış cucə elə bilir ki, artıq olub. İndi onun əzabları gələcək. Amma cucə oz anasını gorur, sonra ozu kimi yumşaq, təmiz cucələri, sonra yamyaşıl cəmənliyi, sonra parlaq gunəşi. Butun bu cənnəti gorəndən sonra sevinir. Sevinir ki, cəsarət toplayıb oz evini sındıra bildi. Yoxsa omru boyu darısqal qaranlıq divarların arasında boğulacaqdı... | |
Views: 4876 | Comments: 1 | Rating: 1.9/22 |
Total comments: 1 | |
|